...

“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi

Cəmiyyət Materials 15 Yanvar 2021 17:48 (UTC +04:00)
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi

Bakı. Samir Əli - Trend:

“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün xüsusi xidmət təşkil edilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilərlər. Göstərilən xidmətlər yaralanan və şəhidlərin ( vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir.

Məqsəd canı-qanı bahasına bizə Qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.

Bir ay ərzində bu istiqamətdə 101 yaralı və 135 şəhid ailəsi üzvünün ümumilikdə 236 müraciəti təmin edilib.

Xəbər lenti

Xəbər lenti