...

Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB

Cəmiyyət Materials 21 Yanvar 2021 16:27 (UTC +04:00)
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB

Bakı. İlhamə İsabalayeva – Trend:

Pandemiya ilə əlaqədar bu il də bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarının suallarına daxil edilməyəcək.

Trend-in məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, Təhsil İnstitutu tərəfindən hələ oktyabr ayında şagirdlər üçün ixtisar edilməsi tövsiyə edilən mövzular hazırlanmışdı: “Pandemiya ilə əlaqədar tövsiyə edilmişdi ki, bu mövzular keçirilməyə də bilər. Bu, şagirdlər üçün bir güzəşt idi. Siyahını Dövlət İmtahan Mərkəzi ilə də bölüşmüşük. Builki məzunlar üçün qəbul və buraxılış imtahanlarında həmin suallar üzrə mövzular salınmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti