...

Vaksin vurdurduqdan sonra özümü çox yaxşı hiss edirəm - Hande Harmancı

Cəmiyyət Materials 15 Fevral 2021 13:49 (UTC +04:00)
Vaksin vurdurduqdan sonra özümü çox yaxşı hiss edirəm - Hande Harmancı

Bakı. İlhamə İsabalayeva - Trend:

COVİD-19-a qarşı vaksin vurdurduqdan sonra işimə davam etdim, indi özümü çox yaxşı hiss edirəm, heç bir narahatlığım yoxdur.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, bu gün COVİD-19-a qarşı peyvəndin ilk dozasını vurdurub:
"Bu imkanı yaratdığı üçün Azərbaycan dövlətinə təşəkkür edirəm. Nə qədər çox insan vaksin vurdurarsa, pandemiya ilə mübarizədə o qədər iş görmüş olacağıq. Buna görə də hər kəsi mümkün olduğu zaman vaksin vurdurmağa dəvət edirəm".

Qeyd edək ki, H.Harmancının vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti