...

Aİ-nin Azərbaycandakı dördillik layihəsi təhsil sisteminin təkmilləşdirilməsinə dəstək göstərəcək - BMT İnkişaf Proqramı

Cəmiyyət Materials 16 Fevral 2021 17:08 (UTC +04:00)
Aİ-nin Azərbaycandakı dördillik layihəsi təhsil sisteminin təkmilləşdirilməsinə dəstək göstərəcək - BMT İnkişaf Proqramı

Bakı. Ceyla Əliyeva, tərcümə Orxan Nəbiyev - Trend:

Avropa İttifaqının Azərbaycanda peşə təhsili sisteminin modernləşdirilməsinə yönəlmiş, "Gələcək üçün peşə təhsili sistemi: peşə təhsili sistemi nümayəndələrinin öncül təcrübəsinin inkişafı" adlı dördillik layihəsi təhsil sisteminin təkmilləşdirilməsi yolunda ölkəyə dəstək göstərəcək.

Trend-in məlumatına görə, bunu BMT-nin İnkişaf Proqramının daimi nümayəndəsi Alessandro Frakassetti deyib.

O qeyd edib ki, 5,8 milyon avro dəyərində layihə sayəsində Azərbaycan gəncliyi gələcək üçün zəruri ixtisas əldə edəcək və bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti