...

Qar Gəncənin bəzi ərazilərini işıqsız qoydu

Cəmiyyət Materials 18 Fevral 2021 10:36 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gəncəyə yağan qar bəzi fəsadlara səbəb olub.

Trend-in məlumatına görə, qarın yağması səbəbindən şəhərin bəzi ərazilərində elektrik təsərrüfatına ciddi ziyan dəyib. Elektrik enerjisinin verilişi dayandırılıb, aidiyyəti qurumlar enerjinin bərpası üçün əraziyə cəlb olunublar.

Hazırda problemin aradan qaldırılması üçün işlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sutka ərzində Gəncədə aylıq normanın 121 faizi qədər yağıntı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti