...

Azərbaycanda 75 nəfər COVID-19-dan sağalıb, 72 nəfər yoluxub, 4 nəfər vəfat edib

Cəmiyyət Materials 22 Fevral 2021 18:33 (UTC +04:00)
Azərbaycanda 75 nəfər COVID-19-dan sağalıb, 72 nəfər yoluxub, 4 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 836 nəfər müalicə olunaraq sağalıb, 3 202 nəfər vəfat edib, aktiv xəstə sayı 2 163 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, ötən müddət ərzində isə ümumilikdə 2 555 058 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti