Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynanın dövlət “Ukrinform” Milli İnformasiya Agentliyinin konfrans zalında dəyirmi masa keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşkilatçılığı ilə “1992-ci il Xocalıdan-2020-ci il Tərtər və Gəncəyə: Xocalı faciəsinin 29-cu ildönümünə” mövzusunda keçirilən dəyirmi masada Ukrayna Ali Radasının, Kiyev şəhər Şurasının deputatları, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri, diaspor rəhbərləri, alimlər, tarixçilər iştirak ediblər.

Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən “Ukrinform” Milli İnformasiya Agentliyinin baş direktoru Aleksandr Xarçenko bildirib ki, bu gün Azərbaycan xalqı üçün ağır və kədərli hadisə olan Xocalı faciəsi haqqında müzakirə aparırıq. Hər bir xalqın tarixində bu cür qara tarix var ki, ağır və sağalmaz yaradır. Bu acı səhnə Ukrayna xalqı üçün də tanışdır. Xocalı faciəsi həmişə anılmalıdır ki, yaddaşlardan heç vaxt silinməsin, digər xalqlar üçün bir dərs olsun. Hər bir insan həyatı qiymətlidir. İnsanlar, xüsusilə dinc əhali, qocalar, qadınlar, uşaqlar qətlə yetiriləndə dünya məhv olur. Çox təəssüf ki, Sovet İttifaqı dağıldıqdan sonra bu faciələrdən qaçmaq mümkün olmayıb.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxışında əvvəlcə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” adlı kitab haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Kitabın Xocalı soyqırımından bir il sonra - 1993-cü ildə çap olunduğunu deyən səfir bu müddətdə faciə ilə bağlı xarici və yerli KİV-lərdə dərc olunan məqalələr, şahidlərin ifadələri, soyqırımının törədilməsində iştirak edən 366-cı motoatıcı alayın bəzi hərbi qulluqçularının etirafları, Xocalı soyqırımına dair qaldırılan cinayət işinin materialları, qeyri-hökumət təşkilatlarının bəyanatları və digər faktlar kitabda öz əksini tapıb.

Xocalı soyqırımı haqqında geniş məlumat verən Elmira Axundova 29 ildən sonra Azərbaycan xalqının öz Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək 44 günlük müharibədə qələbəni təmin etdiyini vurğulayıb. 29 ildən sonra Ermənistan hərbçiləri Xocalıda olduğu kimi, bu dəfə Gəncə, Bərdə və Tərtərdə mülki şəxslərə qarşı terror aktı törətdilər, mülki əhali raketlərlə bombalandı. Əzizlərini, yaxınlarını itirən əhali buna baxmayaraq, Prezidentin ətrafında dəmir yumruq kimi birləşərək qələbəyə doğru öz iradəsini nümayiş etdirdi. Xalq-hakimiyyət birliyi, Azərbaycanın iqtisadi və hərbi gücü 44 günlük müharibənin uğurla başa çatmasına səbəb olub. Bütün dünya ermənilərin Azərbaycanın işğal altında saxladığı ərazilərdə mədəni, tarixi və dini abidələrin necə məhv etdiyinin şahidi oldu.

Səfir, həmçinin vurğulayıb ki, Xocalı soyqırımı artıq dünya ölkələri tərəfindən tanınır və bu istiqamətdə işlər davam etdirilir: “İnanıram ki, Ukrayna dövləti də Xocalı soyqırımının tanıdılması istiqamətində müvafiq addımlar atacaq”.

Xocalı faciəsinin insanlığa və bəşəriyyətə qarşı cinayət olduğunu deyən Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko çıxışında bildirib ki, 1992-ci ilin 26 fevral hadisələri Qarabağ müharibəsi dövrünün ən faciəli anlarından biri və amansızcasına qan tökülməsidir.

“Ukrayna parlamentində Xocalı soyqırımının tanıdılması üçün işlər görülür. Bu günlərdə Xocalı soyqırımının tanıdılması ilə bağlı Ukrayna Ali Radasının sədri Dmitri Razumkova və xarici işlər naziri Dmitri Kulebaya müraciət ünvanlanıb. Bu istiqamətdə səylərimizi artıracağıq. Çünki Xocalı soyqırımı zamanı yüzlərlə insan amansızcasına qətlə yetirilib”, - deyə Lyudmila Marçenko əlavə edib.

Kiyev Şəhər Şurasının deputatı, soydaşımız Dinara Həbibullayeva isə çıxışında bildirib ki, “Xocalı: Soyqırımının xronikası” adlı kitab soyqırımı haqqında reallıqların tanıdılması baxımından olduqca dəyərli vasitə olacaq. Xocalı faciəsi beynəlxalq təşkilatlarda, xarici tərəfdaşlarla görüşlərdə tanıdılmalıdır və bu istiqamətdə işlər davam etdirilməlidir. Xocalı faciəsi onu göstərir ki, bütün dünya terrora, təcavüzə qarşı çıxmalıdır.

Daha sonra Ukrayna Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, professor Andrey Kudryaçenko, tanınmış ukraynalı alimləri Oleq Kupçik, professor Yaroslav Melnik, Stanislav Jelixovskiy, professor Fərhad Turanlı, ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant, Birinci Qarabağ müharibəsi iştirakçısı Aleksey Şvaryov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov Xocalı soyqırımı və ermənilərin işğalçılıq siyasəti haqqında çıxış ediblər.

AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
Azərbaycanda qaz hasilatı artıb
Azərbaycanda qaz hasilatı artıb
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
Loading Bars
Xəbər lenti
UEFA bu gün AVRO-2020 oyunlarına ev sahibliyi edəcək şəhərləri təsdiq edəcək
Rusiya XİN 20 çexiyalı diplomatı "persona non-qrata" elan edib
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb
Heydər Əliyev prospektində qəza olub (FOTO)
Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
İraqda hərbi baza raket hücumuna məruz qalıb
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
Futbol üzrə İtaliya çempionatı: "Atalanta" "Yuventus"a qalib gəldi
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub (FOTO)
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Bütün xəbərlər