...

Səhhətimdəki problemlərə baxmayaraq, yenə də müharibəyə getməyə hazıram - Qarabağ qazisi (FOTO)

Cəmiyyət Materials 9 Mart 2021 15:55 (UTC +04:00)
Səhhətimdəki problemlərə baxmayaraq, yenə də müharibəyə getməyə hazıram - Qarabağ qazisi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Əlilləri aparmamalarına baxmayaraq, 2020-ci ildə öz təkidimlə müharibəyə getdim.

Bunu Trend-ə ehtiyatda olan polkovnik leytenant, “Vətən müharibəsi iştirakçisi” və “Hərbi Xidmətdə Fərqləndiyinə görə” medalları ilə təltif olunan II qrup Qarabağ əlili Elmar Hüseynov deyib.

Onun sözlərinə görə, 2008-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə düşmənə ağır itki verib, bu döyüşlərdə qəlpə yarası alıb. 2014-cü ildə Gədəbəy istiqamətində hərbi vəzifələri yerinə yetirərkən kəllə-beyin travması alıb:

"Kəllə-beyin travması almışam, başımdakı qəlpə çıxarılmayıb. 2017-ci ildə xəstəliklə əlaqədar ehtiyata buraxıldım. Oktyabrın 20-nə qədər Cəbrayılın Daşkəsən, Seyidlər kəndi, Ağdərə, Talış Suqovuşan istiqmatlərində, Hadrutun alınması istiqmaətlərində gedən döyüşlərdə artilleriya qoşunlarının tərkibində könüllü fəaliyyət göstərmişəm. Oktyabrın 20-də Müdafiə Nazirliyinin əmri ilə N saylı hərbi hissədə artilleriya rəisi vəzifəsində çalışdım. O istiqamətlərdə düşmənə artilleriya zərbələri ilə ağır itkilər vermişik".

E.Hüseynov bildirib ki, 2020-ci ildə dekabrın 31-də hərbi xidmətdən tərxis olunub:

"Ayağımda aşıq sümüyünün nekrozu var. Sumqayıt Reabilitasiya Mərkəzinə gələndə ayağımı yerə ata bilmirdim, müalicə olundum, indi vəziyyətim yaxşıdır. Səhhətimdəki problemlərə baxmayaraq, Vətənim Azərbaycan üçün yenə də müharibəyə getməyə hazıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti