Bakı. İlhamə İsabalayeva - Trend:
Yanvar-fevral aylarında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz az olub.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, yanvar-fevral aylarında Azərbaycana təxminən 72 min xarici vətəndaş səyahət edib. Onların təxminən 36 min nəfəri yanvarda, 36 min nəfəri isə fevralda gəlib:
"Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 83 faiz azdır. Hazırda xarici ölkələrə gediş-gəliş var, bunun üçün xüsusi reyslər həyata keçirilir. Amma o demək deyil ki, bu, turizm vəziyyəti kimi dəyərləndirilə bilər. İlin ikinci yarısı ilə bağlı ümid var".