...

Qadınlarda intim gigiyenanın sirrləri

Cəmiyyət Materials 16 Mart 2021 14:49 (UTC +04:00)
Qadınlarda intim gigiyenanın sirrləri

Trend-i buradan izləyin

Bakı. Trend:

İntim gigiyenaya riayət - hər bir qadın sağlamlığının təminatıdır. Təəssüf ki, gözəl cinsin nümayəndələrinin əksəriyyətinin cinsi orqanlara düzgün baxım barədə kifayət qədər məlumatı yoxdur və bəzi xanımlar utancaqlıq səbəbindən bu incə mövzuda ginekoloqa müraciət etmirlər.

İNTİM GİGİYENA QAYDALARINA RİAYƏT ETMƏK NİYƏ VACİBDİR?

Qadın cinsi orqanlarında spesifik normal mikroflora mövcuddur. Bunlar uşaqlıq yolunda (vaginada) zəif turş mühit yaradan faydalı süd turşusu bakteriyalarıdır. İntim zonanın gigiyenasına düzgün riayət olunmaması, normal mikrofloranın pozulmasına səbəb olur. Nəticədə məhv olmuş normal mikrofloranın yerində zərərli göbələklərin (vaginal kandidoz xəstəliyi) və müxtəlif bakteriyaların (bakterial vaginoz, kolpit kimi xəstəliklər) inkişafı üçün imkan yaranır.

BƏS İNTİM GİGİYENANIN YERİNƏ YETİRİLMƏSİNDƏ ƏN GENİŞ YAYILMIŞ SƏHVLƏR HANSILARDIR?

Çox qəribədir ki, intim gigiyenada ən çox yayılan səhv intim zonanın həddən artıq gigiyenasıdır. Uşaqlıq yolunun nəmli və az miqdarda açıq rəngli, qoxusuz axıntının olması normal haldır. Lakin bəzi xanımlar bu normal vəziyyətdən narahat olaraq, uşaqlıq yolunu qurutmağa çalışırlar və bunu "vaginal duş" vərdişi kimi qəbul edirlər, yəni suyun axınını uşaqlıq yoluna yönəldirlər. Bu qətiyyən tövsiyə olunmur!

İkinci geniş yayılmış səhv, intim sahələrin yuyulması üçün vasitələrin düzgün seçilməməsidir. Adi sabun və ya duş geli intim gigiyena üçün qəti qadağandır! Onların tərkibində uşaqlıq yolunun təbii zəif turş mühitini pozan və bununla da normal mikrofloranı məhv edən qələvi maddələr vardır.

Üçüncü səhv isə - daha kobud səhv olub, intim zonanın gigiyenasına heç fikir verməməkdir.

İNTİM GİGİYENANIN DÜZGÜN YERİNƏ YETİRİLMƏSİ ÜÇÜN MƏSLƏHƏTLƏR:

-intim sahə hər dəfə ayaqyoluna gediləndən sonra yuyulmalı və qurulanmalıdır. Əgər iş yerinizdə müvafiq şərait yoxdursa, heç olmasa gündə 1-2 dəfə yuyunmaq tövsiyə olunur;

-intim gigiyena üçün xüsusi gel istifadə edin, həkim-ginekoloqunuz sizə uyğun olan vasitə məsləhət verə bilər;

-çalışın intim sahələrin gigiyenası üçün nəm salfetlərdən istifadə etməyəsiz;

-alt paltarlarına diqqət yetirin: keyfiyyətsiz sintetik parçalar intim bölgələrin dərisinə zərər verməyə, allergik reaksiyalara, dərinin isinməsinə səbəb olur;

-duş qəbul edərkən suyun və yuyucu vasitələrin uşaqlıq yoluna düşməsinə imkan verməyin;

-gündəlik bezlərin daimi istifadəsi hər bir ginekoloqun mübarizə apardığı bir problemdir. Heç bir halda bütün gün ərzində bir gündəlik bez istifadə olunmamalıdır! Bunu etməklə, bakteriyaların inkişafı üçün ideal şərait yaradırsınız.

İntim zona üçün müxtəlif gigiyenik vasitələr vardır. Əziz xanımlar, diqqət edin ki, tərkibindəki komponentlər incə zonanın pH-nı pozmasın, normal mikrofloranı zədələməsin, göbələk və s. xəstəlik törədən mikrobların artmasına səbəb olmasın. Bəzi vasitələr vardır ki, istifadə olunduqdan sonra intim zonada quruluq, qaşınma və müxtəlif diskomfortlara səbəb olur. Məhz bu baxımdan hansı intim vasitədən istifadə edəcəyiniz haqda düzgün təlimatlanmaq üçün həkim-ginekoloqunuza müraciət edin.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az

Çatdırılma Pulsuzdur!

Xəbər lenti

Xəbər lenti