...

Kəndlərdə internetin olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur - Səbinə Əliyeva

Cəmiyyət Materials 2 Aprel 2021 12:01 (UTC +04:00)
Kəndlərdə internetin olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur - Səbinə Əliyeva

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Pandemiya dövründə distant təhsil məsələsi aktuallaşıb. Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

S.Əliyeva bildirib ki, kənd yerlərində bir sıra hallarda internetin, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur.

O qeyd edib ki, bu probemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti