...

Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var - Nazir müavini

Cəmiyyət Materials 4 Aprel 2021 10:57 (UTC +04:00)
Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var - Nazir müavini

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.

Bunu Trend-ə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Onun sözlərinə görə, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur:

“Məlum olduğu kimi, yanvar ayının 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub.

Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir. Vaksin preparatlarımız lazımı qədər olduqca bu proses ən tez bir zamanda reallaşacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti