...

Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2021 16:10 (UTC +04:00)
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)

Bakı. Trend:

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qusarçay kəndindən olan və 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən topçu Vüsal Şahkərimovla görüşüb.

Rayon rəhbəri Şahkərimovlar ailəsinə vətənpərvər oğul böyütdükləri üçün təşəkkür edib. Bildirib ki, Vüsal məğrur görkəmi ilə qəhrəman Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirib. İcra başçısı Vüsal kimi qəhrəman oğullarla bütün Azərbaycan xalqının fəxr edtiyini və bundan sonrada hər zaman igidimizin yanında olduqlarını qeyd edib.

Şahkərimovlar ailəsi Vüsalın və döyüş yoldaşlarının qazandıqları qələbəyə görə sevincli olduqlarını, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Görüşdən sonra rayon rəhbərliyi igid əsgərimizlə birlikdə Qusarçay kənd qəbristanlığında torpaqlrımızın azadlığı uğrundan canından keçən vətən oğullarının məzarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti