...

Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2021 13:17 (UTC +04:00)
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)

Bakı. Trend:

Quba rayonunda "Türkiyə-Azərbaycan Qardaşlıq Parkı"nın tikintisinə başlanılıb.

Trend-in məlumatına görə, park Quba şəhəri, Əliqulu Nərimanov küçəsində inşa olunur.

Parkın layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb cəlb olunub. Dizayn işləri ilə bağlı MÜSİAD Azərbaycan təşkilatı tərəfindən də təkliflər verilib.

Parkın eni 24 metr, uzunluğu isə 60 metr olacaq. Parkda simvolik olaraq Azərbaycan və Türkiyənin bayraqlarındakı ulduz və ayparalar tikintidə tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti