...

Hərarəti yüksək olan bir abituriyent imtahana buraxılmadı

Cəmiyyət Materials 22 Aprel 2021 15:28 (UTC +04:00)
Hərarəti yüksək olan bir abituriyent imtahana buraxılmadı

Bakı. Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarında bir abituriyent bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 imtahan nəzarətçisi isə imtahan iştirakçısına kömək etməyə cəhd göstərdiyi üçün imtahan rəhbəri tərəfindən imtahandan xaric olunub. Baş vermiş qayda pozuntusu ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbir görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti