...

Mingəçevir Dövlət Universitetində startap təlimi keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2021 14:52 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində startap təlimi keçirilib (FOTO)

Bakı. Trend:

2021-ci ilin 10 aprel tarixində, Mingəçevir Dövlət Universitetinin (MDU) "Seed" Tələbə Startap Mərkəzi və Mingəçevir Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən "Simbioz" Texnoloji Biznes İnkubatorun təşkilatçılığı ilə "Qənaətcil startap metodologiyası və terminologiyası" mövzusunda təlim keçirilib.

"ZOOM" platforması üzərindən onlayn formatda keçirilən təlimdə çıxış edən İnnovasiyalar Agentliyinin Startaplara dəstək şöbəsinin əməkdaşı, "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatoru Camal Ağayev startapların mahiyyəti və qənaətçil startap yanaşmalarından danışıb, eləcə də startapları qlobal bazara çıxarmağın yolları haqqında ətraflı məlumat verib.

Təlim universitetin tələbə və magistrantları tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDU-da tələbə və müəllimlərin startap fəaliyyətinin təşviqinə xüsusi əhəmiyyət verilir, bu sahədə onların bilik və bacarıqlarının artırılması diqqət mərkəzində saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti