...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Cəmiyyət Materials 24 Aprel 2021 16:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 090 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 830, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 260 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 412 481, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 934 906, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 477 575 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti