...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Cəmiyyət Materials 26 Aprel 2021 19:21 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 365 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 660, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 200 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti