...

Odlar Yurdu Universitetində "Mən Qarabağam!" adlı sərgi keçiriləcək

Cəmiyyət Materials 3 May 2021 13:40 (UTC +04:00)
Odlar Yurdu Universitetində "Mən Qarabağam!" adlı sərgi keçiriləcək

Bakı. Trend:

Odlar Yurdu Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 16 mart 2021-ci il tarixində start götürən "Mən Qarabağam!” adlı yaradıcılıq layihəsinin yekunu olaraq 6 may 2021-ci il tarixində saat 11:00-da sərginin açılış mərasimi keçiriləcək.

Bu barədə universitetin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

Tədbir zamanı sərgi iştirakçıları təqdim olunan işlərlə tanış olacaq və sonda komandalar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq. Sərgi 10 may tarixinədək ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, tədbirdə pandemiya şəraitinə uyğun olaraq həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti