...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Cəmiyyət Materials 7 May 2021 16:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 033 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 885 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 626 916, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 996 400, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 630 516 təşkil edir.

Xəbər lenti

Xəbər lenti