...

300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)

Cəmiyyət Materials 16 May 2021 16:56 (UTC +04:00)
300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu günə kimi 300-ə yaxın jurnalist vaksinasiya prosesindən keçib.

Bu barədə Trend-ə Azərbaycan Mətbuat Şurasından bildiriblər.

Qeyd olunub ki, bu gün artıq vaksinasiyanın ikinci mərhələsi həyata keçirilir: "Aprel ayının əvvəllindən başlanılan peyvəndləmə prosesində bu günə kimi 300-ə yaxın şəxs iştirak edib. Hazırda onlar arasında ikinci dozanı vurduranlar da var. Hər şey qaydasında davam edir, heç kimdə əks təsir qeydə alınmayıb".

Xatırladaq ki, Azərbaycanda cari ilin yanvar ayının 18-dən peyvəndləməyə start verilib. Hazırda 18 yaşdan yuxarı olan şəxslərin vaksinasiyası həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti