...

Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı

Cəmiyyət Materials 17 May 2021 09:57 (UTC +04:00)
Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı

Bakı. Samir Əli - Trend:

Bakıda M8 ekspress xətti üzrə hərəkət edən marşrut avtobuslarında gediş haqqı ucuzlaşıb.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli tvitter hesabında yazıb.

V.Kərimli bildirib ki, vətəndaşların rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-“Gənclik” m/st) adi rejimə keçirilib:

"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib".

Xəbər lenti

Xəbər lenti