Bakı. Elçin Mehdiyev - Trend:
Subbakalavrların ərizə qəbulunun iyunun sonunda elan olunması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib.
O bildirib ki, subbakalavrlar müsabiqəyə əsas imtahandan sonra imtahansız qoşulurlar: “Yəqin ki, iyunun sonunda sənəd qəbuluna başlayacağıq”.