...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 9 İyun 2021 16:34 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 466 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 394, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 072 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 624 876, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 679 448, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 945 428 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti