...

Əvvəlki illərdə təhsili başa vura bilməyən 250 nəfər attestat alıb

Cəmiyyət Materials 10 İyun 2021 10:58 (UTC +04:00)
Əvvəlki illərdə təhsili başa vura bilməyən 250 nəfər attestat alıb

Bakı. Elçin Mehdiyev – Trend:

250 nəfər eksternat imtahanları vasitəsilə attestat almağa müvəffəq olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2020-2021-ci tədris ilində təşkil edilən onlayn eksternat imtahanlarında ümumilikdə 316 nəfər iştirak edib.

Onlardan 250 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti