...

Bakı AVRO-2020-nin ən populyar 3 şəhəri arasında yer alıb

Cəmiyyət Materials 11 İyun 2021 10:35 (UTC +04:00)
Bakı AVRO-2020-nin ən populyar 3 şəhəri arasında yer alıb

Bakı. Trend:

Bakı futbol üzrə Avropa çempionatının keçiriləcəyi şəhərlər arasında populyarlığına görə ilk üçlükdə yer alıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın "TurStat" portalı bildirib.

Qeyd olunur ki, turistlər arasında populyarlığına görə ilk üç sırada Sankt-Peterburq və Budapeşt yerləşib.

Sankt-Peterburda Avropa çempionatının 7, Bakı və Budapeştdə isə 4 matçı keçiriləcək.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində təşkil olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti