...

Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 17 İyun 2021 17:09 (UTC +04:00)
Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19-dan ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib, aktiv xəstə sayı 1 189 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, ötən müddət ərzində isə ümumilikdə 3 653 074 test aparılıb.

Xəbər lenti

Xəbər lenti