...

“Nizami Gəncəvi” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 18 İyun 2021 15:40 (UTC +04:00)
“Nizami Gəncəvi” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Bildiyimiz kimi, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident İlham Əliyev 5 yanvar 2021-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin rəhbərliyi və İnnovasiyalar departamentinin təşkilatçılığı ilə Atatürk Universiteti ilə birgə iyunun 17 və 18-də iki günlük “Nizami Gəncəvi” adlı beynəlxalq onlayn konfrans keçirilib.

Universitetdən Trend-ə bildirilib ki, konfransda hər iki Universitetin rəhbərliyi, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu, millət vəkilləri, tanınmış nizamişünas-alimlər, professor-müəllim heyəti, iştirak etmişdir. Konfransın açılışında Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zeki ÖZTÜRK, millət vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə, Atatürk Universitetinin prorektoru, professor, dr. Hüseyin ÖZER, konfransın Təşkilat Komitəsinin sədri, Dr. Asuman GÖKHAN, Ədəbiyyat fakültəsinin dekanı Professor, Dr. Dilaver DÜZGÜN, kafedra müdiri Professor, Dr. Nimet YILDIRIM çıxış ediblər.

Konfransda “Nizami Gəncəvi və əsərləri”, “Nizami Gəncəvinin Türk ədəbiyyatına təsiri”, “Nizami Gəncəvidən bəhrələnən Türk şairləri” və “Nizami Gəncəvi və fəlsəfə” mövzularında ıxışlar dinlənilmişdir. Təqdim olunan məqalələr ümumilikdə 5 bölmədə məruzə edilib. Konfransa Gəncə Dövlət Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Atatürk Universitetinin (Türkiyə), İstanbul Universitetinin (Türkiyə), Ərzurum Texniki Universitetinin (Türkiyə), Mardin Artuklu Universitetinin (Türkiyə), Ağrı İbrahim Çeçen Universitetinin (Türkiyə), Gaziosmanpaşa Universitetinin (Türkiyə), Delh Universitetinin (Hindistan), Near Universitetinin (Kıbrıs), Təbriz Universitetinin (Hindistan) əməkdaşları tərəfindən, eyni zamanda Qırğızıstan Respublikasından məqalələr təqdim edilib.

Qeyd edək ki, sözügedən konfransın keçirilməsi üçün keçirilməsi üçün geniş hazırlıq işləri aparılmışdır. Bunun üçün həm Gəncə Dövlət Universitetindən həm də Atatürk Universitetindən işçi qrup yaradılmışdır. Konfransın ayrıca veb səhifəsi (https://fdkongre.atauni.edu.tr/nizamigencevi/) hazırlanmışdır. Konfransdan 2 gün öncə Türkiyə Respublikasının TRT Erzurum radiosunda Atatürk Universitetindən İşçi Qrupun sədri Professor, Dr. Nimet YILDIRIM xüsusi proqram vasitəsilə konfrans haqqında geniş məlumat vermişdir. Konfransa təqdim edilmiş məqalələr dərc olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti