İyulun 1-dən toylara icazə verilir (ƏLAVƏ OLUNUB)

İyulun 1-dən toylara icazə verilir (ƏLAVƏ OLUNUB)

Bakı.Trend:

İyulun 1-dən toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir.

Trend-in məlumatına görə, bu barədə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Qeyd edilir ki, son aylarda COVİD-19 infeksiyasına yoluxma hallarının sayında əhəmiyyətli azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən effektiv tədbirlərin təzahürüdür. Müşahidə olunan müsbət tendensiya, habelə 2021-ci ilin əvvəlindən həyata keçirilməsinə başlanmış vaksinasiya prosesinin uğurla davam etdirilməsi xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına əlavə imkanlar yaradır.

Bununla əlaqədar, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən aşağıda göstərilən şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib:

50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə:

  • yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (bundan sonra – COVİD-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul eilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
  • şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az[1]) daxil edilməldir. Portal 2021-ci il 26 iyun tarixindən etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcəkdir.
  • keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır;
  • şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaqlar;
  • sanitar-epidemioloji tələblərə riayət olunması məqsədilə yuxarıda qeyd olunan məsələləri və digər tələbləri özündə ehtiva edən metodiki göstərişlər təsdiq

olunaraq şənlik mərasimlərinin təşkili və keçirilməsində rəhbər tutulacaqdır;

50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də[2] müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla) və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur;

150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir.

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaqdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Bank VTB (Azərbaycan) «Rapid7 Insight VM» lisenziyasının alınması ilə bağlı tender elan edir
Bank VTB (Azərbaycan) «Rapid7 Insight VM» lisenziyasının alınması ilə bağlı tender elan edir
“Yelo Bank” fitness zalı üçün tender elan edir
“Yelo Bank” fitness zalı üçün tender elan edir
“AccessBank” tender elan edir
“AccessBank” tender elan edir
Loading Bars
Xəbər lenti
CNN telekanalı peyvənd edilmədən ofisə gəldiyi üçün üç işçisini işdən azad edib
Zöhrə Ağamirova Tokio Olimpiadası yarışları çərçivəsində topla hərəkətləri təqdim edib
Tokio-2020: Azərbaycan gimnastı Zöhrə Ağamirova mübarizəyə qoşulur
Tokio-2020 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları start götürüb
Polşa Türkiyəyə meşə yanğınları ilə mübarizədə kömək etməyə hazırdır
Kamçatkada 4,6 bal gücündə zəlzələ olub
Dünyada COVİD-19 əleyhinə 4,31 milyarddan çox peyvənd istifadə edilib
"Maşın bazarı"nda törədilən partlayışda xəsarət alan polis zabiti dünyasını dəyişib
Dünyada koronavirusa yoluxanların sayı 200 milyonu ötüb - ÜST
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
Narkotik istifadəçiləri ilə cinayətkar kimi davranmaq doğru deyil - ÇIXIŞ YOLLARI
"Qarabağ" Konfrans Liqasında "AEL"lə heç-heçə oynayıb
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
Bakıda muzdla çalışan işçilərin sayı və maaşı məlum olub
Türkiyədə son sutkada koronavirusdan 6 636 nəfər sağalıb
Messi "Barselona"nı tərk etdi
Azərbaycanın Baş prokuroru Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşüb
Azərbaycan nümayəndə heyəti İran Prezidentinin andiçmə mərasimində iştirak edib
Azərbaycan Türkiyədən polad idxalını artırıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
Çin bu il dünya ölkələrinə 2 milyard vaksin tədarük edəcək
Paytaxtda sənaye istehsalının həcmi 18 milyard manatı keçib
Bu dönəmdə hər kəsdən yanğın təhlükəsizliyinə qarşı həssaslıq tələb olunur - Deputat
Venesuela rəqəmsal valyuta işə salacaq
“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda Beynəlxalq elmi-praktik konfransı keçiriləcək
Türkiyədə 180 meşə yanğınının qarşısı alınıb
Azərbaycanın qeyri-neft sektoru 30,5 faiz artıb (FOTO)
Baş prokuror Naxçıvanda Hərbi Prokurorluq və Sədərək rayon prokurorluğundakı şəraitlə tanış olub (FOTO)
Polşada tramvaylar toqquşub - 30-dan çox yaralı var
Azərbaycan FHN-in qüvvələri Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarını mühafizəyə götürüb (FOTO/VİDEO)
NASA Türkiyədəki yanğınların peyk görüntülərini yayıb (FOTO)
Şəki “ASAN xidmət”də “Birlikdə yaşadaq” tədbiri təşkil olunub (FOTO)
Baş prokuror Kamran Əliyev Naxçıvana işgüzar səfər edib (FOTO)
Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
İran qonşu ölkələrə dostluq əlini uzadır - Rəisi
Azərbaycanlı gənclər Sankt-Peterburqda Türkiyəyə dəstək aksiyası keçiriblər (FOTO)
Bu il qeydiyyatdan keçən dini icmaların sayı açıqlanıb
Türkiyədə əməliyyat olunan yanğınsöndürənimizin səhhəti yaxşılaşıb (FOTO)
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” ilə əlaqədar Komissiyanın iclası keçirilib (FOTO)
Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri elan edilib
Daşkəsəndə mal-qara oğruları saxlanılıb (FOTO)
ABB təmassız ödəniş imkanlarını genişləndirir!
İranın yeni prezidenti and içib (FOTO)
Jurnalistlərin münaqişə ərazilərində davranışları ilə bağlı təlim proqramı başa çatıb (FOTO)
Avqustun 6-na USD/AZN rəsmi məzənnəsi
“Kubinka”da gənclər arasında narkotik vasitələr yayan Bibiqulu saxlanıldı (FOTO/VİDEO)
Tacikistanda helikopter qəzaya uğrayıb - Ölən və yaralanan var
Büdcə səviyyə kodu düzgün qeyd olunmur - Dövlət Xidmətindən xəbərdarlıq (VİDEO)
Müəllimlər üçün yeni layihə üzrə işə düzəlmək imkanı verilir
Ağsuda yanğının meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür - ETSN
Meşələrə yanacaq mənbəyi kimi baxılmamalıdır - Hikmət Əlizadə
Yelo bankdan ad günü olanlar üçün xüsusi kampaniya
Kaliforniyada meşə yanğınları ilə əlaqədar 15 min nəfər təxliyə olunub
Payızda karantin sərtləşə bilərmi? – AÇIQLAMA
Türkiyədə 4 terrorçu zərərsizləşdirilib
Trend BİA rəhbərliyi Türkiyə səfiri ilə görüşüb
Sumqayıtda sudan qanunsuz istifadə faktları aşkarlanıb (FOTO)
Yardımlıda meşə zolağında baş verən yanğın söndürülüb
Rusiyadan idxal olunan quşçuluq məhsullarında mikrobioloji göstəricilər çox olub - AQTA
Göyçayda toy təşkilatçıları cərimələnib (FOTO/VİDEO)
Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə baxışı təyin edilib (ƏLAVƏ OLUNUB)
Gəndob–Xaçmaz–Yalama–Padar avtomobil yolunun tikintisinə vəsait ayrıldı - SƏRƏNCAM
Pekində pandemiya ilə əlaqədar bütün kütləvi tədbirlər təxirə salındı
Azərbaycanda son altı ayda baş verən yanğın hadisələrinin sayı açıqlanıb
Qubada narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
Xaçmazda qaydaları pozan şadlıq sarayının rəhbərliyi cəzalandırılıb
“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmiş kimi tanınan məcburi köçkünlər Laçın rayonuna səfər ediblər (FOTO)
Ağsuda yanğının söndürülməsinə helikopter cəlb olunub
İşə qəbul imtahanında 47 minə yaxın müəllim iştirak edib
Hökməli və Aşağı Güzdəkdə çətənə yetişdirən şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Evlərində tiryəkxana açan ər-arvad saxlanılıb (FOTO)
Bakıda tikinti sahəsində ağaclar məhv edilib
İranda ötən sutka koronavirusdan 430-dan çox xəstə ölüb
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə
Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub
Xüsusi qabiliyyət imtahanlarının tarixləri açıqlanıb
Türkiyədə ilk yük PUA-sı sınaqdan keçirilib (VİDEO)
Narkotik satışı ilə məşğul olan 12 nəfər saxlanılıb (FOTO/VİDEO)
Narkomaniya ilə bağlı ciddi kriminoloji tədqiqatlara ehtiyac var - AÇIQLAMA
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 390 minədək elektron arayış verilib
Bəs ağız gigiyenası haqqında nə demək olar?
Kirayə qaldığı evdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Şabranda Padar avtomobil yolunun yenidən qurulması yekunlaşır (FOTO)
Rusiyada son sutkada 800-ə yaxın şəxs koronavirusdan ölüb
Məhkəmə ekspertiza işlərinin sayı 16%-dən çox artıb
FHN Ağsudakı yanğınlarla bağlı məlumat yayıb
Sabah 42 dərəcəyədək isti olacaq
Azərbaycan və Türkiyə XİN başçıları meşə yanğınları ilə bağlı son vəziyyəti müzakirə ediblər
Şəhidlərin xatirəsi yad edilib (FOTO/VİDEO)
Qrız kəndinə robotlar gəldi (FOTO/VİDEO)
Azərbaycanda meşə yanğınlarına səbəb nədir? – AÇIQLAMA
"Delta" ştammına qarşı yeni vaksinlər tələb oluna bilər
FHN-in üçüncü yanğın-xilasetmə qrupu Türkiyəyə yola düşüb (FOTO)
Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib
Vergi ödəyicilərinin sayı 4 faizə yaxın artıb - Mikayıl Cabbarov
Azərbaycan nefti ucuzlaşıb
Baş Prokurorluq narkomaniya ilə bağlı vətəndaşlara müraciət edib (VİDEO)
Özbəkistanda Azərbaycan kapitalı ilə 200-ə yaxın müəssisə fəaliyyət göstərir
Bütün xəbərlər