...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 28 İyul 2021 17:46 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 81 690 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 622, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 714 039, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 731 114, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 982 925 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti