...

“YAŞAT düşərgəsi”nə “Shokki Mokki”dən dəstək (FOTO)

Cəmiyyət Materials 3 Avqust 2021 09:56 (UTC +04:00)
“YAŞAT düşərgəsi”nə  “Shokki Mokki”dən dəstək (FOTO)

Bakı. Trend:

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin övladları üçün yay düşərgələri təşkil edilib. Hər zaman bu cür layihələrdə yaxından iştirak edən “Azərsun Holdinq” bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilmiş bu layihəyə uşaqların sevimli markası olan “Shokki Mokki” markası ilə qatılıb.

“Xoşbəxt böyüyən sabahlar!” sloqanı ilə fəaliyyətini davam etdirən “Shokki Mokki”nin qəhramanları olan pandalar uşaqlara hədiyyələr təqdim edərək onlara əlavə sevinc bəxş ediblər.

Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramı təşkil edilir.

Qeyd edək ki, üzərində “Made in Azerbaijan” yazısını şərəflə daşıyan “Shokki Mokki” markası ölkə daxilində sevilməklə bərabər sərhədlərimizin hüdudlarından kənarda da rəğbətlə qarşılanır. Azərbaycan bazarına daxil olduğu gündən bu milli markamız yüzlərlə məktəbdə uşaqlara yol hərəkət qaydalarının öyrədilməsi layihələr reallaşdırıb.

Xəbər lenti

Xəbər lenti