...

Vaksinasiya üçün yaş həddinin azaldılması barədə düşünməliyik - Musa Quliyev

Cəmiyyət Materials 6 Avqust 2021 15:20 (UTC +04:00)
Vaksinasiya üçün yaş həddinin azaldılması barədə düşünməliyik - Musa Quliyev

Bakı. Elçin Mehdiyev - Trend:

Vaksinasiya üçün yaş həddinin azaldılması barədə düşünməliyik. Hazırda koronavirusla mübarizənin ən səmərəli yolu vaksinasiyadır. Peyvəndləmə nə qədər çox kütləni əhatə etsə, bir o qədər də təhlükə azalar.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, xüsusilə də Delta ştammı artıq uşaqlara və yeniyetmələrə də yoluxur:

“Bunu nəzərə almaq lazımdır və gələcəkdə lazım gələrsə, vaksinasiya üçün yaş həddini aşağı salmağı da düşünməliyik. Üzü payıza doğru havaların soyuyacağını nəzərə alaraq, hesab edirəm ki, sentyabrın ikinci yarısından sonra açıq havada maska rejiminə keçmək zərurəti də yarana bilər.

Ancaq bu, bizim hər birimizdən, vətəndaş məsuliyyətindən asılıdır. Hətta vaksin olunan insanlar belə qoruyucu tədbirlərdən istifadə etməlidir”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti