...

Türkiyədə olan yanğın-xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəyə qayıtdı (FOTO/VİDEO)

Cəmiyyət Materials 19 Avqust 2021 10:23 (UTC +04:00)
Türkiyədə olan yanğın-xilasetmə qüvvələrinin sonuncu qrupu  ölkəyə qayıtdı (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələrinin sonuncu qrupu da ölkəmizə qayıdıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdır.

Belə ki, qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.

Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.

Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə ilə 16 avqust 2021-ci il tarixində ölkəmizə qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti