...

Azərbaycanda vurulan peyvəndlərin sayı açıqlanıb

Cəmiyyət Materials 22 Avqust 2021 17:35 (UTC +04:00)
Azərbaycanda vurulan peyvəndlərin sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 191 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 542 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 170 376, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 143 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 233 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti