...

Koronavirusun yeni ştammları uşaqlarda ölümə səbəb ola bilər? - Açıqlama

Cəmiyyət Materials 6 Sentyabr 2021 11:30 (UTC +04:00)
Koronavirusun yeni ştammları uşaqlarda ölümə səbəb ola bilər? - Açıqlama

Bakı. Humay Ağacanova -Trend:

Azyaşlılar əvvəlki dövrlərdə də koronavirusa yoluxurdular və əsas daşıyıcılardan biri olurdular. Lakin son zamanlar COVID-19-un yeni ştammlarının uşaqlara qarşı aqressivləşdiyi qeyd edilir.

Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva bildirib.

O qeyd edib ki, dünya ölkələrində koronavirusu ağır keçirən hətta bu səbəbdən dünyasını dəyişən uşaqların əsasən hər hansı bir yanaşı xəstəliyi olduğu müşahidə olunur:

“Hal-hazırda 18 yaşdan aşağı şəxslərin vaksinasiyası mövcud deyil. Sentyabr ayından tədris prosesinin başlayacağını nəzərə alsaq, əgər azyaşlıları qorumaq istəyiriksə, ilk növbədə böyüklər mütləq şəkildə vaksinasiya olunmalı və qoruma tədbirlərinə biganə yanaşmamalıdırlar.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti