...

Türkiyədə itkin düşən 16 yaşlı azərbaycanlı tələbə ölü tapıldı

Cəmiyyət Materials 10 Sentyabr 2021 09:50 (UTC +04:00)
Türkiyədə itkin düşən 16 yaşlı azərbaycanlı tələbə ölü tapıldı

Bakı. Samir Əli - Trend:

Türkiyədə təhsil alan azərbaycanlı tələbə tikinti sahəsində asılı vəziyyətdə tapılıb.

Trend-in məlumatına görə, 2 il öncə Azərbaycandan Türkiyəyə köçən Azərbaycan vətəndaşı Ümid Can İzmir şəhərində Buca Atatürk Liseyinin 2-ci kurs tələbəsi olub.

2005-ci il təvəllüdlü yeniyetmə sentyabrın 3-də restoranda nahar etmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Ümid Can sentyabrın 9-da səhər saatlarında Kızıltəpə yaxınlığındakı tikinti sahəsində asılmış vəziyyətdə tapılıb.

Yeniyetmənin cənazəsi bu gün səhər saatlarında Bakıya gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti