...

4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2021 19:20 (UTC +04:00)
4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Binəqədi, Nərimanov, Şuşa və Xankəndi rayon sakinləri üçün təşkil olunan bu aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 8 müəssisə tərəfindən 112 vakant iş yeri təqdim edilib. Vakansiyalar üzrə müraciət edən şəxslər müraciətlərinə uyğun aidiyyatı üzrə yönləndirilib və seçdikləri vakansiyalar üzrə onların işlə təminatına başlanıb.

Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərin isə peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyatı aparılıb.

Əmək yarmarkalarında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumatlar verilir. Əsas məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti