...

"Pfizer" vaksininin dozalarını müxtəlif məntəqələrdə vurdurmaq olarmı? - Nazirlik və klinikadan fərqli açıqlama

Cəmiyyət Materials 20 Sentyabr 2021 11:21 (UTC +04:00)
"Pfizer" vaksininin dozalarını müxtəlif məntəqələrdə vurdurmaq olarmı? - Nazirlik və klinikadan fərqli açıqlama

Bakı. Çingiz Səfərli - Trend:

Koronavirusa qarşı "Pfizer" peyvəndinin birinci dozasını Bakıdakı tibb müəssisəsində vurduran şəxslər ikinci dozanı fərqli məntəqələrdə vurdura bilmirlər. Məsələn, ikinci doza üçün Mərkəzi Klinikaya müraciət edən şəxslər vaksinin birinci dozasının vurulduğu mərkəzə yönləndirilirlər.

Mərkəzi Klinikadan faktı Trend-ə təsdiqləyiblər.

Bildirilib ki, əgər vətəndaş "Pfizer" vaksininin birinci dozasını Lənkəranda, Qubada və digər rayonlarda vurdurubsa, ikinci doza üçün Bakıda istənilən "pfizer" vaksini olan klinikaya yaxınlaşa bilər. Lakin vətəndaş birinci dozanı Bakı Sağlamlıq Mərkəzi, Yeni Klinika və paytaxtdakı digər vaksinasiya məntəqələrində vurdurubsa, ikinci doza üçün də mütləq həmin ünvana getməlidir.

Səhiyyə Nazirliyindən isə fərqli açıqlama verilib. Qeyd olunub ki, vətəndaşlar "Pfizer" peyvəndinin ikinci dozasını da digər vaksinlər kimi, həmin vaksinin olduğu istənilən məntəqəyə yaxınlaşıb vurdura bilərlər.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti