...

İmişlidə istehlaka yararsız 120 kiloqram ət aşkarlanıb

Cəmiyyət Materials 24 Sentyabr 2021 15:08 (UTC +04:00)
İmişlidə istehlaka yararsız 120 kiloqram ət aşkarlanıb

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı İmişli rayonu ərazisində yaşayan vətəndaş İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunmuş ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması öz təsdiqini tapıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti