...

Azərbaycanda 3-cü doza peyvənd kimlərə vurulub?

Cəmiyyət Materials 7 Oktyabr 2021 17:07 (UTC +04:00)
Azərbaycanda 3-cü doza peyvənd kimlərə vurulub?

Bakı. Elçin Mehdiyev - Trend:

Buster doza (3-cü doza) Azərbaycanda ilk olaraq səhiyyə işçiləri və 60 yaşdan yuxarı əhaliyə tətbiq edilməyə başlanılıb.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsi tərəfindən ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə bağlı mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı keçirilən dinləmələr zamanı səsləndirib.

Onun sözlərinə görə, sabah tibbi qərargahda buster dozanın tətbiqinin daha da genişləndirilməsi məsələsinə baxılacaq: “Yəqin ki, digər yaş kateqoriyaları da buna cəlb ediləcək. Ölkəmizdə bu günə kimi vaksin alanların təkrarən yoluxması 1,34 faiz təşkil edir. Yəni ki, Azərbaycanda istifadə olunan peyvənd çox effektivdir. Biz bunu artıq öz təcrübəmizdən görürük”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti