...

BSU-ya əcnəbi tələbələrin qəbulunda müsbət dinamikaya nail olunub

Cəmiyyət Materials 11 Oktyabr 2021 12:09 (UTC +04:00)
BSU-ya əcnəbi tələbələrin qəbulunda müsbət dinamikaya nail olunub

Bakı. Trend:

Bakı Slavyan Universitetinə (BSU) əcnəbi tələbələrin qəbulu yekunlaşıb.

Əcnəbi vətəndaşların cəlb edilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən onlayn və oflayn müraciət sisteminin tətbiqi, 24 saat ərzində müraciətlərin Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırılması, qəbul haqqında məlumatın universitetin rəsmi səhifələrində və sosial şəbəkələrdə yerləşdirilməsi həyata keçirilib.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il BSU-ya müraciət edən əcnəbi vətəndaşların sayı 60 faiz artıb. 2021-2022-ci tədris ilində BSU-ya 13 xarici ölkədən 41 nəfər əcnəbi tələbə qəbul edilib. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən beynəlxalq müqavilələr əsasında 2 nəfər əcnəbi tələbə universitetə göndərilib. BSU-ya qəbul olunan 41 nəfərdən 10 nəfər hazırlıq şöbəsində, 22 nəfər 12 ixtisas üzrə bakalavriat səviyyəsində, 9 nəfər isə 6 ixtisas üzrə magistratura səviyyəsində təhsil alacaq. Qəbul olunan əcnəbi tələbələr arasında Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Gürcüstan, Macarıstan,Koreya, Çin, Türkmənistan, Fələstin, Çad, Hindistan və İndoneziya vətəndaşları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti