...

Nəbatat Bağında ağaclar quruyub - Direktor (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2021 12:42 (UTC +04:00)
Nəbatat Bağında ağaclar quruyub - Direktor (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Mərkəzi Nəbatat Bağı uzun illər baxımsız vəziyyətdə qaldığından, ağaclara düzgün aqrotexniki xidmət göstərilmədiyindən və susuzluqdan bir hissəsi quruyub.

Bunu Trend-ə açıqlamasında Mərkəzi Nəbatat Bağının direktoru Natiq Allahverdiyev deyib.

Onun sözlərinə görə, Mərkəzi Nəbatat Bağının əvvəlki rəhbərliyinin dövründə ayrılmış dövlət vəsaiti düzgün xərclənməyib:

"Bitkilərə aqrotexniki xidmət göstərilməyib, susuzluqdan bir hissəsi tamam quruyub. Məqsədimiz mərhələli şəkildə bağı bərpa etmək, torpağı qaydasına salıb, ağacları kol-kosdan təmizləməkdir. Buranı göz bəbəyimiz kimi qoruyub, gələcək nəsillərə çatdıracağıq".

N.Allahverdiyevin sözlərinə görə, bağın 8 sota yaxın ərazisində iki ədəd qanunsuz ev tikilib:

"Buna zəbt demək olmaz. İcazə olmasaydı, daşı daş üstünə qoymaq mümkün deyil. Biri 2017-ci ildə, digəri isə 2020-də inşa edilib. Həmin tikililərin sökülməsi üçün müvafiq orqanlara müraciət etmişik".

N.Allahverdiyev bildirib ki, bağdakı inzibati binalar da pis vəziyyətdədir. Yeni binaların tikilməsi üçün layihələr hazırlanıb, AMEA-nın rəhbərliyinə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti