...

AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib

Cəmiyyət Materials 21 Oktyabr 2021 14:14 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda onlayn Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfrans memarlıq və inşaatda enerji səmərəliliyi, enerjiqoruyucu innovasiyaların idarəetmə sistemləri, “ağıllı” texnologiyalar, eləcə də ekoloji monitorinqin informasiya sistemləri ilə əlaqəli olan geniş mühəndislik sahələrini əhatə edib.

Konfransın plenar iclasını giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

Yerli Universitet və təşkilatlarla bərabər, konfransda bir sıra xarici ölkələrdən (Türkiyə, ABŞ, Norveç, Danimarka, İspaniya və s.) Universitet və təşkilatların nümayəndələri də iştirak edib.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Konfransa təqdim olunmuş materiallardan seçilmiş məqalələr (4–8 səh.) müvafiq araşdırmalardan sonra yerli və beynəlxalq jurnallarda dərc olunacaq.

Müvafiq qaydalara uyğun olaraq elmi komitə tərəfindən seçilmiş məqalələrin beynəlxalq elmi bazalar olan “Web of science” və “Scopus” kimi bazalarda indeksləşməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti