...

AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2021 16:14 (UTC +04:00)
AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorluğu, fakültə dekanları, kafedra müdirləri, ictimai və tələbə təşkilatlarının nümayəndələri, tələbələr II Fəxri Xiyabanda olublar.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova və universitetin kollektivi Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi önündə öz ehtiramını bildirib. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla yad edib və yaxınlarına səbr diləyiblər.
Ziyarət zamanı universitet kollektivi Vətən müharibəsində şəhid olan və II Fəxri Xiyabanda dəfn olunan tələbə və məzunlarımızın da məzarlarını ziyarət edib, üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti