...

Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2021 18:05 (UTC +04:00)
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı giziri Elnur Dönməz oğlu İbrahimovun birinci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi şəhidin dəfn olunduğu rayonun Ələt qəsəbəsində baş tutub.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra mərasim iştirakçıları şəhid İbrahimov Elnur Dönməz oğlunun məzarı önünə əklil və gül dəstələri qoyublar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti