...

Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb

Cəmiyyət Materials 23 Oktyabr 2021 12:20 (UTC +04:00)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb

Trend-i buradan izləyin

Bakı. Humay Ağacanova -Trend:

Şəmkirdə təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik əməkdaşları tərəfindən Şəmkir rayonu, Aşağı Seyfəli kəndində fəaliyyət göstərən fiziki şəxs Musayev Gündüz Sabir oğluna məxsus “Dostluq” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti