...

ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2021 19:23 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan ABŞ-ın Los-Anceles şəhərinin bir qrup dini icma rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olub.

Görüşdə BBMM-in icraçı direktoru Rəvan Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modelinin üstünlükləri, Bakı prosesi, eləcə də Multikulturalizm Mərkəzinin 7 illik fəaliyyəti dövründə həyata keçirilən layihələr və qurumun 10 ölkədə fəaliyyət göstərən filiallarının işi haqda geniş məlumat verib. Bildirilib ki, Azərbaycan multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunədir, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir.

Qonaqlar səmimi qəbula görə təşəkkürünü bildirib, multilulturalizm və tolerantlıq ənənələrinin insanları yaxınlaşdıran, birləşdirən vacib amil olduğunu və dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Qeyd edilib ki ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin istifadə olunması zəruridir. Qonaq ölkəmizə “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı” layihəsi çərçivəsində regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi, sülhün bərqərar olması və digər prioritet məsələlər üzrə əməkdaşlıq və iş birliyi üçün müzakirələr aparmaq niyyətilə gəldiyini deyib. İşğaldan azad olunmuş ərazilərə və ölkəmizdə kompakt şəkildə yşayan etnik azlıqların yaşadığı bölgələrə gedəcəyini vurğulayan Səccad Heydər Kərim Azərbaycanın mövcud həqiqətləri ilə yaxından tanış olmaq, mövcud reallıqlar şəraitində regionun inkişafına töhfə vermək istədiyini diqqətə çatdırıb.

Sonda qonaqlara Mərkəzin ingilis dilində nəşr etdiyi kitablar hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti