...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 2 Noyabr 2021 18:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 133 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 784 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 708 264, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 969, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 414 295 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti