...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 9 Noyabr 2021 16:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 197 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 376, buster doza üzrə vaksinasiya olunanların sayı isə 5 752 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 928 938, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 999 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 438 477, buster doza üzrə vaksinasiya olunanların sayı isə 490 878 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti