...

Ehtiyac meyarı və yaşayış minimumu arasında fərqin minimuma çatdırılması üçün addımlar atılır - Sahil Babayev

Cəmiyyət Materials 10 Noyabr 2021 16:29 (UTC +04:00)
Ehtiyac meyarı və yaşayış minimumu arasında fərqin minimuma çatdırılması üçün addımlar atılır - Sahil Babayev

Bakı. Elçin Mehdiyev – Trend:

Ehtiyac meyarı və yaşayış minimumu arasında fərqin minimuma çatdırılması istiqamətində addımlar atılır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilməsi ilə bağlı təklifi olacaq.

“2022-ci il üçün bu fərq cəmi 10 manatdır. Nazirlik olaraq hədəfimiz, niyyətimiz və təklifimiz 2023-cü ildə bu rəqəmlərin bərabərləşdirilməsi ilə bağlı olacaq” - deyə, nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti